Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.03.2026 10:54
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Bakı Dövlət Universitetində məruzə ilə çıxış edib

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Bakı Dövlət Universitetində məruzə ilə çıxış edib

27 Mart - "Elm günü" tədbirləri çərçivəsində Bakı Dövlət Universitetinin Geologiya fakültəsində elmi seminar keçirilib.

Seminarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ilk dəfə Azərbaycanda seysmik stansiyalar vasitəsi ilə palçıq vulkanlarının dinamikasının öyrənilməyə başlanıldığını bildirib. O, həmçinin əldə olunan nəticələr haqqında ətraflı məlumat verib. Seminarda BDU-nun Geologiya fakültəsinin dekanı, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Mamoy  Mansurov və BDU-nun Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov çıxış edərək təqdim olunan məruzəni yüksək qiymətləndiriblər.

BDU-nun Geologiya fakültəsi ilə AMEA nəzdində RSXM arasında geniş əməkdaşlığın olduğunu vurğulayan natiqlər bu cür əlaqələrin elmin və təhsilin qarşılıqlı inteqrasiyasına böyük töhfə verdiyini vurğulayıblar.

Sonda RSXM-nin şöbə müdiri Səbinə Kazımova seminar iştirakçılarının maraq doğuran suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: