Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.03.2026 11:52
  • A-
  • A
  • A+

Geologiya İnstitutunda “Açıq qapı” günü keçirilib

Geologiya İnstitutunda “Açıq qapı” günü keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Universitetinin tələbələri üçün “Açıq qapı” günü təşkil edib.

Tələbələrə institutun tarixi inkişaf yolu, elmi-tədqiqat istiqamətləri, mövcud şöbələri, eləcə də beynəlxalq və respublika səviyyəsində reallaşdırılmış elmi layihələr və tədbirlər haqqında geniş məlumat verilib.

Sonra Geologiya İnstitutunun mütəxəssislərinin müşayiəti ilə “İzotop geokimyəvi tədqiqatlar”, “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”, “Yerin radioaktiv sahələri” və “Geoloji-mineraloji muzey” ilə yaxından tanışlıq reallaşdırılıb. Tələbələr laboratoriyalarda aparılan son tədqiqat üsulları, istifadə olunan müasir cihazlar və elmi-texniki nailiyyətlər barədə ətraflı məlumat əldə ediblər.  

Mütəxəssislər “Açıq qapı” günü ərzində tələbələrin suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: