Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentinə məktub ünvanlayıb
12.03.2026 12:18
  • A-
  • A
  • A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentinə məktub ünvanlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Pakistan and the Turkic World” elmi əsərinin hazırlanması və nəşrinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevə minnətdarlığını bildirərək, ona təşəkkür məktubu ünvanlayıb.

Dövlət başçısı nəşrlə tanış olub, Türk dünyasının hərtərəfli öyrənilməsinin, dəyərlərinin təbliğinin vacibliyini qeyd edib.

Məktubda bildirilib ki, Qazaxıstanın təşəbbüsü ilə açılan Türk Akademiyası türk xalqlarının birliyinin möhkəmləndirilməsinə, onların intellektual potensialının inkişafına mühüm töhfə verir.

Qazaxıstan Prezidenti, həmçinin akademik Şahin Mustafayevin rəhbərliyi ilə Akademiyanın səmərəli fəaliyyətini qeyd edib və Pakistan ilə türk dövlətləri arasında strateji əməkdaşlıq tarixinin öyrənilməsində qardaş ölkələrin alimlərinin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. O, Akademiyanın bundan sonra da Türk dünyasının birliyinin möhkəmlənməsinə fəal töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Akademiya “Pakistan and the Turkic World: Identity, Diplomacy, and Strategic Partnership” elmi layihəsini həyata keçirib. Ötən il türk ölkələri və Pakistandan olan ekspertlərin iştirakı ilə bu ölkə ilə Türk dünyası arasında tarixi, mədəni və diplomatik əlaqələrə, eləcə də strateji əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunmuş kollektiv monoqrafiya hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: