Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov arxivlərində saxlanılan məktublar” kitabı nəşr olunub
12.03.2026 14:43
  • A-
  • A
  • A+

“Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov arxivlərində saxlanılan məktublar” kitabı nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Vüsalə Nuriyevanın müəllifi olduğu “Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov arxivlərində saxlanılan məktublar” kitabı işıq üzü görüb.

Kitabda yer alan geniş ön sözün müəllifi V.Nuriyevadır.

Monoqrafiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əbdürrəhim bəy Haqverdiyevin və Süleyman Sani Axundovun şəxsi arxivlərində qorunan məktubların transfoneliterasiyasını və elmi təhlilini təqdim edir. Topluda yer alan məktublar dövrün ədəbi-mədəni mühitini, ziyalılar arasında mövcud olan mənəvi əlaqələri və maarifçilik ideyalarının yayılmasını əks etdirir. Əsər həm epistolyar irs, həm də memuar ədəbiyyatının tədqiqi baxımından mühüm mənbə kimi dəyərləndirilir. Məktublarda müəlliflərin dövrün ictimai hadisələrinə münasibəti, yaradıcılıq prinsipləri və şəxsi duyğuları öz əksini tapır. Kitab həm tədqiqatçılar, həm də Azərbaycan ədəbiyyatının tarixini dərindən öyrənmək istəyən oxucular üçün elmi materialdır.

Qeyd edək ki, layihənin rəhbəri fil.e.d., dosent Nailə Səmədova, yeni nəşrin elmi redaktoru fil.ü.f.d., dosent Könül Bağırova, rəyçiləri fil.ü.f.d. Aytən Quliyeva və fil.ü.f.d. Nurlana Babayevadır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: