Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Rəyasət Heyətinin iclasında rəqəmsal inkişaf və ana dilimizin saflığının qorunması ilə bağlı qərarlar qəbul olunub
13.03.2026 11:50
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyətinin iclasında rəqəmsal inkişaf və ana dilimizin saflığının qorunması ilə bağlı qərarlar qəbul olunub

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində rəqəmsal inkişaf və ana dilimizin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələrək bir sıra qərarlar qəbul olunub.

Belə ki, Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində Şəxs Adları Komissiyasının yeni tərkibi təsdiq edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin sədrliyi ilə Şəxs Adları Komissiyasının yeni üzvləri təsdiq olunub.

Bundan əlavə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsi yaradılıb.

Həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elm irs şöbəsinin tərkibində Rəqəmsal arxiv sektorunun yaradılması barədə qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: