Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” kitabı nəşr olunub
13.03.2026 18:23
  • A-
  • A
  • A+

“Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” kitabı nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevin “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: Xatirələr, duyğular, arzular) kitabı nəşr olunub.

Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 9 dekabr 2025-ci il tarixli qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri tarix elmləri doktoru, professor Qasım Hacıyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur.

Nəşr “İlk söz”, “Mən, mənim qəhrəmanım və yurdum”, “Zaman dəyişir, xislət dəyişmir”, “Qarabağ həqiqətləri bədii yaradıcılığımda” və “Son söz” bölümlərindən ibarətdir.

Kitabda Qarabağın işğalı, eyni zamanda Zəfər yürüşü nəticəsində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi, Qarabağın dirçəldilməsi və qaçqın-köçkünlərin öz yurdlarına qayıdışı məsələləri, dağıdılmış yurd yerlərinə səfər təəssüratı duyğulu təfərrüatlarla əksini tapıb. Qarabağ münaqişəsi ətrafında aparılan araşdırmalar nəticəsində əldə olunmuş nəticələr də kitabda yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: