Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Rafael Hüseynovun məqaləsi nüfuzlu nəşriyyatın toplusunda dərc olunub
17.03.2026 13:02
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynovun məqaləsi nüfuzlu nəşriyyatın toplusunda dərc olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun elmi məqaləsi mənzil-qərargahı Niderlandın Leyden şəhərində yerləşən nüfuzlu “Brill Academic Publishers” Elmi Nəşrlər Evinin xüsusi buraxılışı kimi nəşr edilən “Nizami və Dante yaradıcılığındakı kəsişmələrin tədqiqi (Orta əsrlərdən əvvəl və sonra)” adlı topluda işıq üzü görüb

Akademik Rafael Hüseynovun topluda dərc olunan “Nizami Gəncəvi Xəmsəsi və Dante Aliqyeri “İlahi Komediya”sında ilahi və tarixi qatın arxasındakı gerçək həyat və insan” adlı məqaləsi kitabın “Dante və Nizamidə teologiya, alleqoriya və mənəviyyat” bölməsində yer alıb.

Qeyd edək ki, son dərəcə ciddi elmi seleksiya prinsipləri ilə tanınan “Brill Academic Publishers” Elmi Nəşrlər Evinin bu buraxılışı Nizami irsinin dünya humanitar elmləri kontekstində öyrənilməsi baxımından mühüm elmi töhfə kimi qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: