Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq elmi seminarda məruzə edib
04.04.2026 10:32
  • A-
  • A
  • A+

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq elmi seminarda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva Qazaxıstanın Astana şəhərində yerləşən Qazax Aqro-Texniki Tədqiqat Universitetində keçirilən "Süni intellekt texnologiyalarının təhsil mühitinə inteqrasiyası: nəzəriyyə, təcrübə və gələcək tendensiyalar" adlı beynəlxalq elmi seminarında onlayn iştirak edib.

Şərqşünas alim seminarda “Süni intellekt vasitəsilə şumer məktəb lövhələrinin və mətnlərinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, dünyanın ilk yazı sistemini  (mixi yazıları ) e.ə. lll minillikdə şumerlər  yaratmış, bu xalq tərəfindən zəmanəmizədək irili-xırdalı 150 sayda gil lövhələr çatmışdır. Bunların bəziləri tədqiq olunsa da, digərlərini oxumaq çox çətindir, çünki gil lövhələrin əksəriyyəti zədəli şəkildə tapılmış, işarələrin sayı çox olmuş, bunları araşdıran mütəxəssislər də az sayda qalmışdır. Bu cəhətdən süni intellekt vasitəsilə şumer məktəb mətnlərini, o cümlədən, ədəbi nümunələrini  öyrənmək və araşdırmaq bu işi asanlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: