Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynov Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub
06.04.2026 12:29
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Özbəkistana səfəri çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.

Akademik Rafael Hüseynova 2010-cu ildən bəri Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği istiqamətində Mərkəzin həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə bu Mərkəz Azərbaycan-Özbəkstan mədəni əlaqələrinin inkişafında əhəmiyyətli işlər görüb, bir sıra tarixi mənalı nəşrləri gerçəkləşdirib.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzindəki rəqs dərnəyinin üzvlərinin ifaları dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: