Ötən 80 il ərzində Milli Elmlər Akademiyası Azərbaycanda elmin bayraqdarı olaraq, elmimizin və bütövlükdə cəmiyyətimizin inkişafında böyük rol oynayıb.
Bu sözləri AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva bildirib ki, müstəqil dövlətimizdə ahəngdar cəmiyyətin qurulması, ölkəmizin daimi tərəqqisi işində elmin və alimin rolu böyükdür.
Alim bildirib ki, bu gün AMEA dərin yeniləşmə və modernləşmə mərhələsini yaşayır, günün tələblərinə cavab verən struktur islahatları həyata keçirilir və ən başlıcası isə daha çevik, dövlətin və cəmiyyətin operativ şəkildə real tələbatına cavab verən bir quruma çevrilməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.