AMEA Arxeologiya və Antropologiya İnstitutu və Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun birgə apardığı elmi tədqiqatın növbəti uğurlu nəticəsi əldə olunub.
Bu barədə arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib.
Bildirilib ki, Yardımlı rayonunun Viləşçay yaşayış yerində aşkarlanmış nümunələr üzərində kimya üzrə fəlsəfə doktoru, gənc alim Aybəniz Əhədovanın 4 aydan artıq apardığı tədqiqatlar nəticəsində abidənin e.ə. II minilliyin ortalarına – Orta Tunc dövrünə aid olduğu müəyyən edilib.
Bu nəticələr yüksək və orta dağlıq ərazilərin məskunlaşma tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.