Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xəzər dənizində 5.3 bal gücündə zəlzələ olub
08.04.2026 13:54
  • A-
  • A
  • A+

Xəzər dənizində 5.3 bal gücündə zəlzələ olub

Aprelin 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 5.3 olan zəlzələ yerli vaxtla saat 13:05-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 70 kilometr olub. Yeraltı təkanlar Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçalada 3-4 bal hiss olunub.

  • Paylaş: