Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb
08.04.2026 15:40
  • A-
  • A
  • A+

“Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın transfoneliterasiya edib nəşrə hazırladığı “Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün və lüğətin müəllifi də Ə.Ələkbərovadır.

Kitab Azərbaycan milli mətbuatının banisi, görkəmli pedaqoq, ictimai xadim və təbiətşünas alim Həsən bəy Zərdabinin 1901-ci ildə çap etdirdiyi “Türk nəğmələrinin məcmuəsi” adlı nəğmələr toplusunun əski əlifbadan transfoneliterasiyasıdır. Əsər ilk dəfə 2025-ci ildə “Əkinçi”lər kitabında nəşr edilmişdir. Əsər filoloq-tədqiqatçılarla yanaşı, türk (Azərbaycan) musiqi tarixinin, ədəbi-mədəni mühitinin araşdırılması ilə məşğul olan şəxslər üçün də dəyərli mənbədir.

Yeni nəşrin elmi redaktoru Mustafa Əliyev, rəyçiləri Pərvanə Teyyubova və Bakı Dövlət Universitetinin müəllimi Eldost İbrahimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: