Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransı keçiriləcək
13.04.2026 15:20
  • A-
  • A
  • A+

“Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransı keçiriləcək

13 may 2026-cı il tarixində AMEA Gənclər Akademiyası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan Türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransı keçiriləcək.

Konfransın əsas məqsədi klassik türkologiya irsini müasir elmi yanaşmalarla uzlaşdırmaq, akademik tədqiqatların bu sahədə rolunu gücləndirmək və gənc alimlərin Türk dünyasının ortaq elmi-mədəni məkanının formalaşmasında fəal iştirakını təşviq etməkdir.

Konfransa təqdim ediləcək məqalələr aşağıdakı istiqamətləri əhatə edə bilər:

- Dilçilik

- Ədəbiyyat

- Türkoloji folklorşünaslıq

- Türkologiyanın sosial-fəlsəfi aspektləri

- Tarix və Etnoqrafiya

- Şərqşünaslıq kontekstində türk xalqlarının tarixi və mədəniyyəti.

Məqalələrin göndərilməsi üçün son tarix: 5 may 2026-cı il

Qəbul edilən məqalələr barədə məlumatın verilməsi: 7 may 2026-cı il 

Konfransın keçirilmə tarixi: 13 may 2026-cı il 

Qeyd: Konfransda iştirak edəcək şəxslər məqalələrini gakonfrans@anas.az ünvanına 5 may 2026-cı il tarixindən gec olmayaraq göndərməlidirlər. Həmçinin müraciət edəcək şəxslər konfrans ilə bağlı əlavə suallar üçün gakonfrans@anas.az elektron ünvanına yaza bilərlər.

Konfransın qaydaları haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hörmətlə,

Təşkilat Komitəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: