Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Gəncə Bölməsinin beynəlxalq elmi reyestrə inteqrasiyası istiqamətində işlər görülür
13.04.2026 15:45
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsinin beynəlxalq elmi reyestrə inteqrasiyası istiqamətində işlər görülür

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsi beynəlxalq elmi platformalarda tanınma məqsədilə ROR ID-nin (Tədqiqat Təşkilatları Reyestri İdentifikatoru, Research Organization Registry Identifier) əldə olunması üçün müraciət edib. Bu addım bölmənin qlobal elmi informasiya sistemlərinə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

Belə ki, elmi təşkilatların beynəlxalq səviyyədə vahid identifikasiya sistemi ilə tanınmasını təmin edən mühüm standart hesab olunan ROR ID-nin əldə edilməsi üçün ABŞ-da yerləşən müvafiq idarəetmə qurumuna rəsmi müraciət ünvanlanıb.

Bu təşəbbüs AMEA-nın Gəncə Bölməsinin elmi nəticələrinin beynəlxalq bazalarda daha sistemli şəkildə izlənilməsinə, elmi əməkdaşlıqların genişlənməsinə və tədqiqat fəaliyyətinin qlobal elmi məkanla inteqrasiyasına imkan yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: