Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2026 16:30
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib

Akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib

15 aprel görkəmli alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları I Fəxri Xiyabanı ziyarət ediblər.

Ziyarətçilər öncə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra akademik Zərifə Əliyevanın məzarı önünə tər güllər qoyulub, elmi və mənəvi irsi bir daha minnətdarlıq hissi ilə yada salınıb.

Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Onun rəhbərliyi və təşəbbüsü ilə göz xəstəliklərinin profilaktikası, peşə patologiyaları və oftalmoloji xidmətin təkmilləşdirilməsi istiqamətində mühüm elmi nəticələr əldə edilib. Görkəmli alimin tədqiqatları beynəlxalq elmi mühitdə də yüksək qiymətləndirilib, elmi irsi müasir tibb elminin inkişafında aktuallığını bu gün də qoruyub saxlayır.

Yüksək milli-mənəvi keyfiyyətləri, müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri, mənalı ömrü seçilən akademik Zərifə Əliyevanın ziyalı obrazı və işıqlı xatirəsi heç zaman unudulmayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: