Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb
15.04.2026 16:52
  • A-
  • A
  • A+

“Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb və son yoxlama prosesi aparılır. Ensiklopediyanın ikinci cildi də çapa tam hazırdır.

Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev deyib. O bildirib ki, iki cilddən ibarət ensiklopediya ümumilikdə 720-dən çox məqalədən, 4 milyondan artıq simvol və işarədən ibarətdir. Hər iki kitab 400 səhifədən ibarətdir və cildlərin sonunda fotoalbom yer alacaq.

AzərTac

  • Paylaş: