Belarusun Moqilyov şəhərində "Ənənəvi mədəniyyət cəmiyyətin davamlı inkişafı üçün strateji mənbə kimi" lX Beynəlxalq forum və forum çərçivəsində keçirilən "Beynəlxalq mədəni dialoq və mədəni irsin formalaşmasında xalq bədii yaradıcılığın rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.
Forum və konfransın işi ənənəvi mədəniyyətin öyrənilməsinə, qorunmasına və populyarlaşmasına, eləcə də çoxmillətli mühitdə ənənəvi xalq mədəniyyətinin mənəvi və əxlaqi dəyərlərinin gücləndirilməsinə yönəlib.
Konfransda AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri şənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli "Azərbaycanın ənənəvi musiqi mədəniyyəti mədəni kimliyin və mədəniyyətlərarası dialoqun amili kimi" və həmin şöbənin elmi işçisi Aynur Ələkbərova "Azərbaycanın mədəni irsinin turizm sektoruna effektiv inteqrasiyası" adlı məruzələrlə çıxış ediblər. Məruzələr musiqi folklorunun ənənəvi, mənəvi və əxlaqi dəyərlərin formalaşması prosesindəki roluna, epik ənənələrin mövcudluğunun xüsusiyyətlərinə, o cümlədən etnik və sivilizasiya kimliyinin formalaşmasında ən vacib amil kimi qeyri-maddi və maddi mədəni irsin turistlər tərəfindən istifadəsinin perspektivli forçaları və metodları işıqlandırılıb.
Professor Nailə Rəhimbəyli səfər çərçivəsində, həmçinin bir neçə televiziya kanalına müsahibə verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.