Bu gün AMEA-nın təsisçilərindən olan görkəmli memarlar – akademik Mikayıl Useynov (19.04.1905) və akademik Sadıq Dadaşovun (15.04.1905) 121-ci ildönümləri ilə bağlı başda sədr, professor Elbəy Qasımzadə olmaqla Azərbaycan Memarlar İttifaqının kollektivi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova və Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sədaqət Yusifova I Fəxri Xiyabanda mərhumların məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı professor E.Qasımzadə və professor G.Məmmədova görkəmli memarlarla bağlı xatirələrini bölüşüblər. Müasir memarlığın və akademik Mikayıl Useynov elmi məktəbinin rolundan danışan nazir müavini S.Yusifova da öz dəyərli fikirlərini bildirib.
Tədbirdə akademik Mikayıl Useynovun nəvəsi, AMEA Rəyasət Heyətinin əməkdaşı, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.