Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.04.2026 11:50
  • A-
  • A
  • A+

Böyük Qafqaz meşələrində yeni parazit göbələk növü aşkar edilib

Böyük Qafqaz meşələrində yeni parazit göbələk növü aşkar edilib

ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayevanın həmmüəllifi olduğu “The tree-parasitic fungus Cryphonectria carpinicola discovered on European chestnut and European hornbeam in Azerbaijan”  (Azərbaycanda Adi şabalıd və Adi vələslərdə Cryphonectria carpinicola ağac-paraziti göbələyi aşkar edilib) adlı elmi məqalə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatına aid “EPPO Bulletin” jurnalında (Scopus, Q2) çap olunub.

Məqalədə ilk dəfə olaraq Azərbaycanda Cryphonectria carpinicola askomiset göbələyinin konidial mərhələsi barədə məlumat verilir. Məlumatda göbələyin məlum yayılma diapazonunu genişləndirməklə, Böyük Qafqazın şabalıd meşələrində Castanea sativa ağaclarının da bu göbələklə yoluxmasına dair ilk sübut təqdim edilir. Tədqiqat işi ətraf mühitdə, xüsusilə meşələrdə bitki xəstəliklərinə nəzarəti vaxtında və düzgün təşkil etmək üçün davamlı mikoloji monitorinqlərin aparılmasının vacibliyini vurğulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: