Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun aliminin rəyçi fəaliyyəti yüksək qiymətləndirilib
22.04.2026 11:26
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun aliminin rəyçi fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının baş elmi işçisi kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyevanın rəyçi fəaliyyəti yüksək qiymətləndirilib.

O, dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Amerika Kimya Cəmiyyəti tərəfindən 2025-ci il üzrə nəşriyyatın jurnallarında çap olunan elmi məqalələrin yüksək redaksiya standartlarının qorunmasında göstərdiyi dəyərli töhfələrə və rəyçi olaraq aktiv fəaliyyətinə görə sertifikat ilə təltif olunub.

Qeyd edək ki, Amerika Kimya Cəmiyyəti nəşriyyatına daxil olan jurnalların böyük hissəsi yüksək impakt faktora malikdir  və Q1 kateqoriyasındadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: