Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: Qədim türklər Böyük çöl və Bozqır mədəniyyəti əsasında formalaşaraq geniş ərazidə məskunlaşıblar
22.04.2026 12:03
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: Qədim türklər Böyük çöl və Bozqır mədəniyyəti əsasında formalaşaraq geniş ərazidə məskunlaşıblar

Qədim türklər Böyük çöl və Bozqır mədəniyyəti əsasında formalaşaraq Altaylara qədər uzanan geniş landşaftda məskunlaşıblar. Tarixi-coğrafi bölgülərə görə, xristianlığın yayıldığı ərazilər əsasən dağlıq və dənizkənarı zonaları, slavyan xalqları daha çox meşəlik əraziləri, digər dil və etnik qruplar isə müxtəlif təbii-coğrafi mühitləri əhatə ediblər.

Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.

O bildirib ki, dünya xalqlarının böyük əksəriyyəti sivilizasiyaların formalaşmasında mühüm rol oynayıb: “Ermənilər isə qədimdən səpələnmə xalq olduqları üçün sivilzasiyada iştirak etməyiblər. Ərmən və haylar özləri tərəfindən uydurulmuş saxta mifologiyadan başqa bir şey deyil. Hazırkı geosiyasi şəraitdə Ermənistanın Baş naziri Nikol Paşinyanın real Ermənistan anlayışını qəbul etməsi Ermənistanın xeyrinədir.

Bu kontekstdə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh və təhlükəsizlik siyasətinin Cənubi Qafqazda sabitlik və inkişaf üçün əsas yaratdığı qeyd edilib. Bildirilib ki, bu yanaşma region dövlətləri üçün, o cümlədən Ermənistan üçün də faydalı perspektivlər vəd edir.

Eyni zamanda vurğulanıb ki, Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və qlobal proseslərdə rolunu artırır”.

AzərTac

  • Paylaş: