ETN “Kimya İnstitutu” PHŞ-nin Kimyəvi-fiziki analiz mərkəzinin rəhbəri k.e.d., prof. Etibar İsmayılov beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Çinin Dandong Tongda Science and Technology Co.Ltd elmi - texnoloji mərkəzində ezamiyyətdə olub.
Ezamiyyət müddətində kimyəvi birləşmələrin element, faza tərkibinin və quruluşunun tədqiqi cihazları və istifadə olunan yeni proqram təminatları ilə tanış olmuş, Kimya İnstitutunda sintez olunmuş birləşmələrin çəkilişində iştirak etmiş, “Kimya İnstitutu” PHŞ-nın Fiziki-Kimyəvi Analiz Mərkəzinin kimyəvi birləşmələrin element, faza tərkibinin, quruluşunun tədqiqi cihazları ilə təmini və istifadəsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə, Çinin bu elmi - texnoloji mərkəzinin əməkdaşları ilə birgə “Kimya İnstitutu” PHŞ-nın Fiziki-Kimyəvi Analiz Mərkəzində cihazların qurulması və işə salınması üzrə birgə əməkdaşlıq memorandumu hazırlamışdır. Görüşlər zamanı təcrübə mübadiləsi həyata keçirilmiş, istifadə ediləcək cihazların və onların proqram təminatlarıının və süni intellektin bu sahədə istifadə imkanları araşdırılmış və müəyyən istiqamətlərin perspektivliyi nəzərdən keçirilmişdir.
Ezamiyyət “Kimya İnstitutu” PHŞ-in Fiziki-kimyəvi tədqiqat potensialının artırılması və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından faydalı olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.