Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2026 14:15
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri “Teatr fədaisi” medalına layiq görülüb

Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri “Teatr fədaisi” medalına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə təşkilatçılığı ilə Beynəlxalq Teatr Gününə (27 mart) həsr olunmuş tədbir keçirilib.

ATXİ-nin “Mustafa Mərdanov səhnəsi”ndə baş tutan tədbiri giriş sözü ilə ittifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıq elan edərək milli teatrın uğurlarından söhbət açıb. Tədbirdə eyni zamanda, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və başqaları Beynəlxalq Teatr Günü tarixindən, teatrın beynəlxalq əlaqələrindən danışıblar. Çıxışlardan sonra teatr sahəsində xidmətlərinə görə bir sıra sənətçilərə “Teatr fədaisi” medalı, “Qızılgül” mükafatı və Fəxri fərmanlar təqdim olunub.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov teatr sahəsində göstərdiyi xidmətlərə görə “Teatr fədaisi” medalı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: