AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Prezident Kitabxanasına 7 adda 10 nüsxə kitab və 2 ədəd jurnal hədiyyə edib.
Hədiyyə olunan nəşrlər Azərbaycan klassik ədəbiyyatının mətn ənənəsini, əlyazma irsinin öyrənilməsi istiqamətlərini, orta əsr mətnşünaslığının problemlərini və milli mədəniyyət tarixinin müxtəlif qatlarını əhatə edir. Bu nəşrlər sırasında klassik əsərlərin elmi-tənqidi mətnləri, “Molla Nəsrəddin” ədəbi mühiti ilə bağlı araşdırmalar, elmi-nəzəri konfrans materialları və ixtisaslaşmış jurnal yer alır. Nəşrlər mənbəşünaslıq və mətnşünaslıq sahəsində aparılan tədqiqatların əsas istiqamətlərini əks etdirir.
Prezident Kitabxanasından alınan məlumata görə, hədiyyə edilən nəşrlər kitabxana fondunun məzmununu genişləndirir və elmi-istinad bazasını möhkəmləndirir ki, bu materiallar klassik ədəbi irsin öyrənilməsi və əlyazma mədəniyyətinə dair araşdırmalar üçün etibarlı mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.