Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.04.2026 11:21
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları Rusiyada beynəlxalq seminarda ustad dərsləri keçiblər

Əlyazmalar İnstitutunun əməkdaşları Rusiyada beynəlxalq seminarda ustad dərsləri keçiblər

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov və həmin şöbənin baş mütəxəssisi Şəhla Ramiz Rusiyada keçirilmiş “Sənədlərin bərpası: Mühafizəkarlıq və İnnovasiya - 2026” adlı VIII Beynəlxalq elmi-praktiki seminarda iştirak ediblər.

Moskva şəhəri Rusiya Dövlət Kitabxanasında baş tutmuş, Belarus, Misir, Qazaxıstan, Özbəkistan və bir sıra ölkələrdən 382-yə yaxın bərpaçı-mütəxəssislərin qatıldığı seminarın praktik bölməsində əməkdaşlarımız iştirakçıları əlyazma kitablarda istifadə olunan bədii üslublu “Zərəfşan” forzas vərəqinin hazırlanması metodu ilə tanış edib, “Əbru” sənəti üzrə orijinal ustad dərsləri keçiblər. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq seminar MDB Üzv Dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun və Avrasiya Kitabxana Assambleyasının dəstəyi ilə Rusiya Dövlət Kitabxanası tərəfindən həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: