Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun əməkdaşı Kral Salman adına beynəlxalq ərəb dili akademiyasının sertifikatı ilə təltif olunub
24.04.2026 12:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı Kral Salman adına beynəlxalq ərəb dili akademiyasının sertifikatı ilə təltif olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova  Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası (King Salman Global Academy for Arabic Language) tərəfindən ərəbşünas alim və mütəxəssislər üçün təşkil olunmuş ixtisasartırma təlimlərində onlayn şəkildə iştirak edib.

“Ərəb dilini ikinci dil kimi öyrənənlər üçün test tapşırıqlarının hazırlanmasının əsas prinsipləri” mövzusu üzrə baş tutmuş təlimdə əməkdaşımız audio dərslərin tədrisi formaları, tədris kompozisiyasında tətbiqlər, dinləmə bacarıqları və testlərin hazırlanması metodikasına dair biliklərə yiyələnib, təlimdə uğurla iştirakına görə Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının beynəlxalq dərəcəli iştirakçı sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, 12 akademik saatdan ibarət olan bu kurs ərəb dili tədrisində müasir qiymətləndirmə metodlarının tətbiqi və beynəlxalq test standartlarının mənimsənilməsi məqsədi ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: