Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in “İnformasiya bülleteni”nin  2026-ci ilin üzrə ilk sayı nəşr olunub
25.04.2026 19:20
  • A-
  • A
  • A+

MEK-in “İnformasiya bülleteni”nin 2026-ci ilin üzrə ilk sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 2026-ci ilin ilk “İnformasiya bülleteni” çapdan çıxıb.

Nəşrdə 2026-ci ilin birinci rübündə MEK fonduna daxil olan Azərbaycan, rus, ingilis və digər dillərdə kitablar, dövri nəşrlər, avtoreferatların biblioqrafik mənbələri haqqında məlumatlar əks olunub.

AMEA-nın "Elm" nəşriyyatında çap olunan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynovdur.

Bülletenə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqovanın “Biblioqrafik resursların sənəd menecmentində rolu: (“Barağa müharibəsi qəhrəmanları fondu”  nümunəsində) adlı elmi məqaləsi daxil edilib.

Bülletenin sonunda 2026-ci ilin yanvar-mart aylarında keçirilən tədbirlərin xronikası yer alır. Tədbirlərlə bağlı ətraflı materiallara keçidlər isə müvafiq QR-kodlar vasitəsilə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: