AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinə də “Azərbaycanın ziyalı xanımları” ensiklopedik kitabında yer ayrılıb.
Dosent Kifayət Xudaverdiyevanın müəllifliyi, professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə işıq üzü görən kitabda Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti haqqında məlumatlar toplanılıb.
Nəşrdə Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçiləri filologiya üzrə fəlsəfə doktorları, dosnetlər Tahirə Bağırova və Nigar İsayeva haqqında da biblioqrafik məlumatlar verilib.
Kitabdakı məlumatlar əlifba sırası ilə həm Azərbaycan, həm də ingilis dillərindədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.