Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2026 11:18
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzin əməkdaşları Qarabağda keçirilən konfransda iştirak ediblər

Şəki Regional Elmi Mərkəzin əməkdaşları Qarabağda keçirilən konfransda iştirak ediblər

Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (IKSAD) birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Qarabağ – VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” keçirilib.

Tədbirdə müxtəlif ölkələrin alim və tədqiqatçıları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Beynəlxalq konfransda Şəki Regional Elmi Mərkəzin Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov "XX əsrin əvvəllərində Şəkidə erməni silahlı birləşmələrinə qarşı Osmanlı dövlətinin yardımları (1917-1918)", elmi işçi Elçin Vəliyev "Müstəqillik illərində Şəki şəhərinin sosial-iqtisadi durumuna dair (1991-1993)", elmi işçi k./t.ü.f.d. Mübariz Paşayev "Azərbaycanın Şimal-Qərb bölgəsində yetişən adi əzgil (mespilus germanica I) meyvəsinin biomüxtəlifliyi" adlı məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin Şəki REM-in digər əməkdaşlarının - Bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin müdiri, bio.ü.f.d. Fərhad Əzizov, elmi işçi Aygün İsmayılova, elmi işçi Songül Məmmədovanın "AMEA Şəki Regional Elmi Mərkəzinin genofond bağında qorunan ağac və kol növlərinin biomüxtəlifliyi", Ekoloji biofizika şöbəsinin müdiri, k./t.ü.f.d. İlqar İsmayılov, elmi katib Vəfa Atayeva, elmi işçi Xəyal Vəlibəyov, Vəfa Məmmədli və Elvin Qarayevin "Ekoloji cəhətdən təmiz, çirklənməmiş su mənbələrinin biofiziki və biokimyəvi göstəricilərinin öyrənilməsi" adlı müştərək məruzələri, eləcə də kitabxana müdiri Günel Musayevanın "Şəkidə mədəni turizmin inkişafında sənətkarlığın rolu", mövzularında məruzəsi onlayn formatda təqdim edilib.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: