Zərifə xanım Əliyevanın Azәrbaycanda oftalmologiya elminin inkişafında xidmәtlәri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş və bilikli hәkim, hәmçinin gözәl insan olan Zәrifә xanım milli sәhiyyәmizin inkişafında mükәmmәl biliyә vә bacarığa malik oftalmoloqların vә ümumiyyәtlә, tibb işçilәrinin hazırlanmasında böyük әmәk sәrf edib. Onun әziz xatirәsi respublikamızda vә Azәrbaycanın sәrhәdlәrindәn çox-çox uzaqlarda, sәhiyyә, elm sahәsindә çalışan hәr bir insanın qәlbindә yaşamaqdadır.
Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, AMEA Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. Gövhər Baxşəliyeva bildirib ki, sәhiyyә tariximizdә müstәsna yeri olan Zәrifә xanımın oftalmologiya sahәsindә geniş elmi axtarışları vә tәdqiqatları olub. O, tibb elmindә, tәcrübi sәhiyyәdә son dәrәcә әhәmiyyәtli әsәrlәr yazıb. İllәr boyu apardığı müşahidәlәrin, klinik tәdqiqatların vә tәcrübәlәrin nәticәlәri Zәrifә xanımın dünyada әn mәşhur oftalmologiya mәrkәzlәrinin birindә H.Helmholts adına Moskva Göz Xәstәliklәri Elmi-Tәdqiqat İnstitutunda müdafiә etdiyi “Azәrbaycanın bir sıra kimya müәssisәlәri işçilәrinin görmә orqanının vәziyyәti” adlı doktorluq dissertasiyasının әsasını tәşkil edib. 1977-ci ildә Zәrifә xanım Əliyevaya tibb elmlәri doktoru dәrәcәsi verilib.
Qeyd etdiyim kimi, Zәrifә xanım Əliyevanın Azәrbaycanda oftalmologiya elminin inkişafında müstәsna xidmәtlәri var. O, vaxtilә Azәrbaycanda geniş yayılmış traxomanın, dünya tәcrübәsindә birincilәr sırasında peşә, xüsusilә kimya vә elektron sәnayelәrindә peşә fәaliyyәti ilә bağlı göz xәstәliklәrinin öyrәnilmәsi, profilaktikası vә müalicәsinә, habelә oftalmologiyanın müasir problemlәrinә dair bir çox sanballı tәdqiqatların, o cümlәdәn, “Terapevtik oftalmotogiya”, “İridodiaqnostikanın әsasları” kimi elmi әsәrlәrin müәlliflәrindәn biri, 12 monoqrafiya, dәrslik vә dәrs vәsaitinin, 150-yә yaxın elmi işin, 1 ixtira vә 12 sәmәrәlәşdirici tәklifin müәllifidir. Xüsusi vurğulamaq lazımdır ki, Zәrifә xanım Əliyeva yüksәkixtisaslı kadrların hazırlanmasına böyük әmәk sәrf edib. Ümumiyyәtlә, elm sahәsindә göstәrdiyi xidmәtlәrin nәticәsi idi ki, 1981-ci ildә Zәrifә Əliyeva oftalmologiya alәmindә әn yüksәk mükafata - SSRİ Tibb Elmlәri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Eyni zamanda, Zәrifә xanım hәmin mükafata layiq görülәn ilk qadın olub.
G.Baxşəliyeva qeyd edib ki, Zәrifә xanımın elmi tәdqiqatları yüksәk sәviyyәdә olmaqla bәrabәr, onların sosial әhәmiyyәti dә olduqca böyük idi. Onun bu sahәdә xidmәtlәri, fәaliyyәti qiymәtlәndirildi vә o, Azәrbaycan Elmlәr Akademiyasının akademiki seçildi. Xüsusi vurğulamaq istәyirәm ki, bu gün dә Zәrifә xanım Əliyevanın tәdqiqatlarından tibb elmindә geniş istifadә olunur. Onun timsalında öncә ideal qadın vә әsl Azәrbaycan xanımı obrazı canlanır. Zәrifә Əliyevanın bu obrazı, siması, keçdiyi hәyat yolu bizim gәnc xanımlarımızın hәyatının formalaşması baxımından parlaq nümunәdir. Buna görә dә onun şәxsiyyәti, hәyatı, keçdiyi yol daha geniş tәbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunә götürsünlәr. Hәqiqәtәn dә, Zәrifә xanım davranışı, hәyat tәrzi, insanlarla rәftarı, övladlarına verdiyi tәrbiyә, hәkim kimi xәstәlәrә münasibәti baxımından insanlığın parlaq siması kimi dәyәrlәndirilmәlidir.
“Zәrifә xanım qayğıkeş ana, fәdakar vә sәdaqәtli hәyat yoldaşı kimi dә qadınlar üçün nümunәdir. Heydәr Əliyev kimi böyük şәxsiyyәtin hәyat yoldaşı olmaq elә dә asan mәsәlә deyildi. Mәsәl var, hәr bir güclü kişinin arxasında güclü qadın dayanır. Zәrifә xanım da ailәdә Ümummilli Lider Heydәr Əliyevin güclü dayağı olub. Eyni zamanda, onların arasında böyük, saf mәhәbbәt yaşanıb. Bu barәdә Ulu Öndәr xatirәlәrindә dә danışırdı ki, heç bir çәtinlik Zәrifә Əliyeva ilә olan mәhәbbәtinә mane ola bilmәyib. Biz Ümummilli Lider Heydәr Əliyevin necә polad iradәli şәxs olduğunu yaxşı bilirik. Amma o, tәkcә Zәrifә xanımın mәzarı önündә kövrәlmişdi. Əlbәttә ki, bu, Zәrifә xanımın Heydәr Əliyevin hәyatındakı rolundan irәli gәlir”, - deyə Gövhər Baxşəliyeva fikrini yekunlaşdırıb.