Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2026 21:10
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzin şöbə müdiri akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbirdə məruzə edib

Şəki Regional Elmi Mərkəzin şöbə müdiri akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbirdə məruzə edib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova Şəki Regional Asan Xidmət Mərkəzi və "Narınqala" şəhər Folklor Evinin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "İnsanlığa xidmət edən ömür yolu " adlı tədbirdə iştirak edib.

O, tədbirdə "Ədəbi prizmada həkimlik" mövzusunda məruzə ilə çıxış edərək görkəmli alimin həyat yolu və fəaliyyətinə nəzər salıb.

Tədbirdə Şəki Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi, əməkdaşları, könüllüləri, ADPU-nun Şəki filialının muəllim və tələbə kollektivi, Narınqala Folklor evinin kollektivi, YAP-ın fəal üzvü Səadət Qaffarova iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: