AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “The Water Archetype in Nizami`s Iskandar-Name and Dante’s Divine Comedy” (“Nizami Gəncəvinin “İsgəndərnamə” və Dante Alighierinin “İlahi komediya” əsərlərində su arxetipi”) adlı məqaləsi Brill nəşriyyatında işıq üzü görmüş “Exploring Intersections between Nizami and Dante: Before and after Medievality” adlı kitabda çapdan çıxıb..
Məqalədə su arxetipi Şərq və Qərb, İslam və Xristianlıq, Azərbaycan və İtaliya ədəbiyyatları, həmçinin türk və Roma mifoloji ənənələri kontekstində müqayisəli şəkildə araşdırılmışdır.
Qeyd edək ki, Brill humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınan nüfuzlu akademik nəşriyyatlardan biridir.
10 aprel 2026-cı il tarixində ADA University tərəfindən təşkil olunan “ADA Literary Conversation” proqramı çərçivəsində kitabın təqdimatı keçirilmiş, Elnarə Qaragözova həmin tədbirdə iştirak etmişdir.
Nəşrin məsul redaktorları professor Rahilə Qeybullayeva (Rahilya Geybullayeva), Nunzio Ruggiero və Maria Teresa Giaveridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.