Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Lənkəran Regional Elmi Mərkəzinin direktoru v.i.e. Cəmil Quliyev ölkə başçısına məktub ünvanlayıb
29.04.2026 11:40
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin direktoru v.i.e. Cəmil Quliyev ölkə başçısına məktub ünvanlayıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev ölkə başçısına məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz xidmətlərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə elm müəssisəmizin hər bir üzvü adından Sizi təbrik edir, gələcək fəaliyyətinizdə daim uğurlar arzulayıram.

Sülhə verilən dəyərli töhfələr ümumilikdə bəşəriyyətə, onun bu gününə və gələcəyinə göstərilən əvəzsiz xidmətdir. Çox sağ olun, cənab Prezident!

Dərin hörmət və ehtiramla

President.az

  • Paylaş: