Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2026 10:25
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qaxda ekoloji tədqiqatlar aparıblar

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Qaxda ekoloji tədqiqatlar aparıblar

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları — şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev və Aygün İsmayılova, eləcə də şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən Qax rayonunun Qum, Armudlu və Qaçqaçay kəndlərinin ərazilərində kompleks ekoloji-coğrafi tədqiqatlar aparılıb.

Tədqiqatlar çərçivəsində çay yataqlarında ölçmə işləri həyata keçirilib, hidroloji müşahidələr üçün yeni ölçü nöqtələri müəyyənləşdirilib. Eyni zamanda, hidroekoloji analizlərin aparılması məqsədilə iki fərqli məntəqədən su nümunələri götürülüb və Mərkəzin Ekoloji biofizika şöbəsinə təqdim edilib.

Monitorinq zamanı antropogen təsirlərin qiymətləndirilməsi məqsədilə yerli əhalinin təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlar toplanılıb.

Bununla yanaşı, rayonun turizm-rekreasiya potensialının ilkin qiymətləndirilməsi aparılıb, müvafiq statistik göstəricilər sistemləşdirilib.

Monitorinq çərçivəsində Quma kənd tam orta ümumtəhsil məktəbində rəhbərlik və pedaqoji heyətlə görüş keçirilib, regionun tarixi-coğrafi xüsusiyyətləri və yerli landşaftın formalaşması ilə bağlı elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: