29 aprel 2026-cı il tarixində Xəzər Universitetində keçirilən "I Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri" simpoziumunda AMEA Folklor İnstitutunun doktorantı Amil Əzimli iştirak edib.
Gənc tədqiqatçı simpoziumun bölmə iclasında "Qaçaq Nəbi dastanında qəhrəman modeli və idealizasiya məsələləri" mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə Qaçaq Nəbi obrazının sadəcə silahlı bir mübariz deyil, eyni zamanda xalqın etik-mənəvi dəyərlərini, sosial ədalət prinsiplərini özündə birləşdirən ideal bir qəhrəman modeli olduğu elmi şəkildə əsaslandırılıb. Xüsusilə, Qaçaq Nəbinin düşmənlərinə qarşı sərgilədiyi mərhəmət və əfv etmə motivlərinin klassik "Koroğlu" ənənəsi ilə tipoloji bağlılığı simpozium iştirakçılarının diqqətini cəlb edib.
Qeyd edək ki, beynəlxalq simpoziumda Türk dünyasının müxtəlif ölkələrindən gələn alimlər mədəniyyət və ortaq dəyərlər ətrafında fikir mübadiləsi aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.