Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Həşimov Honkonq Kore Akademiyasının üzvü seçilib
30.04.2026 12:50
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov Honkonq Kore Akademiyasının üzvü seçilib

AMEA-nın akademik-katibi akademik Arif Həşimov Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının üzvü seçilib.

Bununla bağlı Honkonq Kore Akademiyasının Baş katibliyinin icraçı müavini profüssor Raymond J. Vu akademik Arif Həşimova məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli Professor Arif Həşimov,

Honkonq Kore Akademiyasının üzvü seçilməyiniz münasibətilə təbrik edirik. Sizə üzvlük sertifikatınızın elektron nüsxəsini və Akademiya hesabınızla bağlı məlumatları göndəririk. Xahiş edirik, onu diqqətlə oxuyub müvafiq məlumatları qeydləriniz üçün saxlayasınız.

Çap olunmuş Akademiya üzvlük sertifikatları adətən Akademiyanın mərkəzlərindən birində və ya Akademiya tədbirləri zamanı verilir.

Sizi Akademiya icmasında salamlamaqdan şərəf duyuruq. Gələcəkdə sizi ofislərimizə və mərkəzlərimizə səmimiyyətlə dəvət edirik. Burada sizin təqdimat mərasiminizi, Akademiyanın tərəfdaşları və üzvləri ilə görüşünüzü təşkil etməkdən, beynəlxalq əməkdaşlıq və akademik mübadilə imkanlarını müzakirə etməkdən məmnun olarıq.

Həmçinin, üzvlərimizi Akademiyanın həyatında fəal iştirak etməyə təşviq edirik:

- Akademiya icması üçün maraqlı ola biləcək və ya daha geniş yayılmağa layiq olan son işləri, nailiyyətləri, yazıları, ideyaları və digər akademik və ya ictimaiyyətə yönəlmiş töhfələrlə bağlı xəbərləri paylaşmaq;

- yeni Üzvlərin seçilməsi üçün namizədliklərin verilməsi və dəyərləndirmə prosesində iştirak etmək;

- Akademiyanın müvafiq fəaliyyətlərinə və layihələrinə qoşulmaq və lazım olduqda yeni təşəbbüslər təklif etmək.

Sizi bir daha Honkonq Kore Akademiyasına üzv seçilməyiniz münasibətilə təbrik edirik.

Hörmətlə,

Baş katibliyin icraçı müavini Raymond J. Vu”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: