Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2026 15:12
  • A-
  • A
  • A+

Arxeoloq alim Türkiyədə beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Arxeoloq alim Türkiyədə beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Türkiyə Respublikasının Harran Universitetinin ev sahibi olduğu Beynəlxalq Göbəklitəpə Elmi Tədqiqatlar Konqresinin (14. Uluslararası Göbeklitepe Bilimsel Çalışmalar Kongresi) növbəti 14-cü tədbiri keçirilib.

Beynəlxalq Elm və İncəsənət Araşdırma Mərkəzinin (ISARC), Türkiyə İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) və Harran Universitetinin təşkilatçılığı ilə gerçəkləşdirilən beynəlxalq konqresdə müxtəlif ölkələrdən olan alimlərin elmi məruzələri dinlənilib. Həmçinin, tədbir çərçivəsində müxtəlif sahələrdən olan alimlərin qatıldığı konqres iştirakçıları üçün təşkil edilən mədəni ekskursiya proqramı da böyük maraq doğurub.

Beynəlxalq konqresdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vəfa Mahmudova iştirak edib. Alim beynəlxalq konqresdə həm bölmə və həm də panel dinləmələrində “Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin Yaxın Şərqin analoji mədəniyyətlərinin bəzi abidələrinə təsiri haqqında” məruzə ilə çıxış etmişdir. Çıxışında V.Mahmudova Azərbaycan Respublikası ərazisində aşkar edilmiş qədim yaşayış məskənlərinin tədqiqatından əldə edilmiş elmi nəticələri ilə konqres iştirakçılarını tanış etmiş, Yaxın Şərqin erkən əkinçi mədəniyyətlərin formalaşmasında Azərbaycandakı abidələrin tutduğu yer və oynadığı rolu təhlil etmişdir. Böyük marağa səbəb olan çıxışdan sonra V.Mahmudova verilən sualları cavablandırmışdır.

Konqresin son günündə Vəfa Mahmudova konqresin prezidenti Dr. Sevcan Yıldızın və ISARC rəhbəri Dr. Sefa Salih Bildiricinin imzaladığı sertifikatla mükafatlandırılmışdır. Mükafatı azərbaycanlı alimə xanıma konqresin prezidenti Dr. Sevcan Yıldız şəxsən təqdim etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: