Şəki Dövlət Regional Kollecin İpəkçilik fakültəsinin III kurs tələbələri Şəki Regional Elmi Mərkəzində istehsalat təcrübəsi keçirlər.
Təcrübə müddətində tələbələr elmi-tədqiqat mühitində yaxından iştirak edir, müvafiq sahə üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirirlər. Onlar mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsində aparılan işlərlə tanış olur, elmi metodlar və tədqiqat prosesləri barədə ətraflı məlumat əldə edirlər.
Qeyd edək ki, bu cür təcrübə proqramları tələbələrin nəzəri biliklərinin praktik fəaliyyətlə əlaqələndirilməsinə, gələcək peşə fəaliyyətinə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.