Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya İnstitutunun əməkdaşları Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasında iştirak ediblər
12.05.2026 12:53
  • A-
  • A
  • A+

Geologiya İnstitutunun əməkdaşları Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasında iştirak ediblər

Avstriyanın Vyana şəhərində Avropa Yer Elmləri İttifaqının (EGU) növbəti Baş Assambleyası keçirilib.

Dünyanın müxtəlif ölkələrindən 20 000-ə yaxın tədqiqatçını bir araya gətirən bu mötəbər elmi platformada Azərbaycan Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşları – yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov, yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova, mütəxəssislərdən Emin Quliyev və Murad Qəhrəmanlı iştirak ediblər.

Hər il ənənəvi olaraq Vyanada təşkil olunan bu beynəlxalq tədbirdə institutun əməkdaşları apardıqları elmi araşdırmaların ən son nəticələrini təqdim ediblər.

Sessiyalar çərçivəsində alimlərimiz xarici həmkarları ilə bir araya gəlmək imkanı qazanmaqla, birgə tədqiqatlar və elmi əməkdaşlıq perspektivləri ətrafında səmərəli müzakirələr aparıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: