“Elm və həyat” elmi-populyar jurnalının 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb.
Yeni nömrədə, ilk səhifələrdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA-da keçirilən "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" adlı beynəlxalq elmi konfrans haqqında yazı yer alır.
Jurnalda “Birinci Türkoloji Qurultay – 100” yubileyi çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” beynəlxalq elmi konfransında açılış nitqi, AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin “Azərbaycanın memarlıq irsi və şəhərsalma”, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın “Narkomaniya və ona qarşı mübarizənin elmi əsasları: qlobal çağırışlar və milli prioritetlər”, AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Hörmüz boğazı: qlobal enerji bazarının “şah damarı’”, eləcə də Mahirə Hüseynovanın “I Türkoloji Bakı Qurultayı və orfoqrafiya məsələsi”, Aytək Məmmədovanın “Türk xalqları üçün ortaq əlifba və dil: XXI əsrdən Birinci Türkoloji Qurultaya baxış” məqalələri dərc edilib.
Jurnalın bu sayında “AMEA – strateji inkişaf kursu”, “Dilimiz – varlığımız”, “Aktual”, “Novruz”, “Dünya elm aləmində”, “Memarlıq və incəsənət”, “Tarix və fəlsəfə”, “Rəqəmsal strategiya”, “Kimya” və “Ekologiya” kimi bölmələr üzrə geniş spektrli elmi yazılar təqdim olunub.
Oxucular bu nömrədə Lalə Qurbanovanın “Azərbaycan dili milli sərvətimizdir”, Füzuli Qurbanovun “AMEA: milli zəka mərkəzi”, Şakir Albalıyevin “Novruz bayramı, yaxud səməni Novruzun atributlarından biri kimi”, Rizvan Qarabağlının “Şərqi Zəngəzur və Qarabağ hamamları”, Zaur Əliyevin “Ermənilərin saxta tarixi – Xosrov meşəsi yalanı”, Kamran Vəlizadənin “Azərbaycanın rəqəmsal strategiyası və sosial transformasiya: innovasiya və dayanıqlı inkişafın yeni paradiqması”, Eldar Məmmədbəylinin “Optiki aktiv maddələrin müasir vəziyyəti və perspektivi”, Haqverdi Haqverdiyevin “Müharibələr dünyamızın ekologiyasına dağıdıcı zərbə vuran bəşəri bəladır” mövzusunda məqalələri və dünya elmində olan yeniliklərlə bağlı informasiyalarla tanış ola bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.