Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
15.05.2026 11:00
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanışlığına dair geniş material təqdim olunub.

Nəşrin əsas səhifələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər barədə geniş xəbərlər yer alıb. Oxucular AMEA-da keçirilən “Heydər Əliyevin inkişaf strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans, gənc alimlərin məruzələri və akademik İsa Həbibbəylinin çıxışında səsləndirilən fikirlərlə tanış ola bilərlər.

Qəzetdə həmçinin elmi ictimaiyyət nümayəndələrinin Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etmələri, Nadir ağaclar parkında keçirilən yaşıllaşdırma aksiyası, eləcə də AMEA-da təşkil olunan institutlararası mini futbol turnirinin bağlanış mərasimi barədə materiallar dərc edilib.

Bu sayda Akademiyanın elmi müəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi üzrə müsahibə, Şərqşünaslıq İnstitutunda Türk dünyası uşaq ədəbiyyatı yazarı Yücəl Feyzioğlu ilə görüş və “Türk dillərinin tibbi terminoloji lüğətləri” adlı ikicildlik nəşrin təqdimatı ilə bağlı yazılar da yer alıb.

Bundan əlavə, qəzetdə “Azərbaycan xalça sənətinin Lətif Kərimov zirvəsi”, “Hüquq və süni intellekt: əsas müddəalar və arqumentlər” sərlövhəli məqlələr, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı ilə müsahibə, o cümlədən elmi mühitin aktual məsələləri, beynəlxalq əməkdaşlıq, yeni nəşrlər və Akademiyanın ictimai həyatını əhatə edən çoxsaylı xəbər və analitik materiallar oxuculara təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: