Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Qazaxıstanda beynəlxalq konfransda məruzə edib
15.05.2026 18:20
  • A-
  • A
  • A+

Şərqşünas alim Qazaxıstanda beynəlxalq konfransda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən "Türk dünyası və Yasəvinin irsi: sivilizasiyanın kəsişməsində mədəni harmoniya" adlı beynəlxalq konfransda iştirak edib.

Şərqşünas alim konfransda “Əhməd Yasəvi və Baba Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri” mövzusunda məruzə edib. Məruzədə Əhməd Yasəvi ilə Baba Nemətillah Naxçıvaninin əsərlərində vəhdəti-vücud məsələsi araşdırılıb, əsərlərinin dili, üslubiyyəti və fəlsəfi görüşləri müqayisə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: