AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadiyeva) transfoneliterasiya edib nəşrə hazırladığı “Tarixi-müqəddəs ənbiya əleyhimissəlam” (“Müqəddəs peyğəmbərlər tarixi”) kitabı işıq üzü görüb.
Kitabda yer alan geniş ön sözün müəllifi də S.Xəyaldır.
Bu, XX əsrin əvvəllərində Bakıda tanınmış ruhani Axund Əbdürrəhim Hadizadənin 1910-cu ildə çap olunmuş “Müqəddəs peyğəmbərlər tarixi” kitabıdır. Kitabda Adəmdən (ə) başlamış İsaya (ə) qədər peyğəmbərlər haqqında məlumat verilmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktoru islamşünas tədqiqatçı Hacı Həsən Hüseyni, rəyçiləri tarix e.d., dosent Tahirə Həsənzadə, fəl.e.d., dosent Zəkiyyə Əbilova və tarix ü.f.d., dosent Aynur Hacıqədirlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.