AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ulduz Mürşüdovanın tərtibçisi olduğu “Azərbaycanın mif, əfsanə, rəvayət və nağılları (Şəki və ətraf kəndləri)” kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru professor Ramazan Qafarlı, rəyçiləri professor Məhərrəm Qasımlı, və dosent Mətanət Abdullayevadır.
Nəşrdə ümumilikdə 224 folklor nümunəsi olmaqla Şəki və ətraf kəndlərin yaşlı sakinlərindən toplanmış miflər, əfsanələr, rəvayətlər və nağıllar bir araya gətirilib.
Kitab xalqın dünyagörüşünü, məişətini, milli-mənəvi dəyərlərini, zəngin şifahi xalq ədəbiyyatı ənənələrini, dilini, intellektual yaddaşını, sosial etikasını əks etdirir.
Nəşrin əsas məqsədi Şəki bölgəsinin folklor örnəklərini qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda milli folklor irsinin öyrənilməsinə töhfə verməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.