Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb
22.05.2026 12:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında sonuncu nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasiminə dair geniş icmal təqdim olunub.

Nəşrin əsas səhifələrində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və Akademiyanın  əməkdaşlarının Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində yaradılmış sərgi ilə tanışlığı, eləcə də akademik İsa Həbibbəylinin KİV-ə müsahibəsi ilə bağlı yazılar yer alıb.

Oxucular bu sayda Türkiyə Elmlər Akademiyası (TÜBA) tərəfindən “Azərbaycan və Türkiyə dünya siyasətində” ("Azerbaijan and Türkiye in World Politics") adlı elmi əsərin nəşri və Naxçıvan Dövlət Universitetində AMEA prezidentinin iştirak etdiyi süni intellekt strategiyası və yeni təhsil imkanlarına dair elmi konfransla bağlı xəbərlərlə tanış ola bilərlər.

Qəzetdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin müasir şəhərsalmada rəqəmsallaşma dair ekspert açıqlaması, AMEA-nın bölmələrində elmi-təşkilati fəaliyyəti əks etdirən materiallar dərc edilib.

Bundan əlavə, qəzetdə “Posthibrid informasiya müharibəsi” və süni intellekt: azərbaycançılıq və dövlətçilik konteksti”, “Bakının tarixi-memarlıq abidəsi”, “Parakənd Xalkolit yaşayış yeri” sərlövhəli məqlələr, o cümlədən elmi mühitin aktual məsələləri, beynəlxalq əməkdaşlıq, yeni nəşrlər və Akademiyanın ictimai həyatını əhatə edən çoxsaylı xəbər və analitik materiallar oxuculara təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: