Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb
25.05.2026 11:40
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb

Hazırda Qərbi Azərbaycan Dialektoloji Atlası hazırlanır. Eyni zamanda, Dərbənd Azərbaycanının Dialektoloji Atlasının hazırlanması planlaşdırılır.

Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.

Akademik bildirib ki, bu gün dil sürətlə inkişaf edir və ona davamlı olaraq yeni sözlər daxil olur: “Biz dünyanın istifadə etdiyi terminlərdən tam imtina edə bilmərik. Ancaq həmin terminlərin Azərbaycan dilində qarşılığı varsa, dilimizin saflığını qorumaq naminə məhz bu qarşılıqlardan istifadə etməliyik. Terminologiya üzrə lüğətlərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb”.

AzərTac

  • Paylaş: