AMEA Memarlıq və İncəsənət İnstitutu Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli Dalğa FM-də “Sənətin səsi” proqramının qonağı olub.
Proqramın aparıcısı sənətşünas alim Nailə Rəhimbəylinin elmi fəaliyyətindən, həmçinin klassik musiqi və onun gənclərimizin yaddaşında qorunması üçün atılmalı addımlardan söhbət açıb.
Bununla yanaşı görkəmli bəstəkar, Xalq artisti, professor, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri və əməyi olan Aqşin Əlizadənin yaradıcılığından ətraflı bəhs olunub. Azərbaycan musiqi mədəniyyətində bəstəkarın əsərlərinin əhəmiyyətindən danışılıb, əsərlərindən fraqmentlər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.