Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” adlı monoqrafiya çap edilib
26.05.2026 14:12
  • A-
  • A
  • A+

“Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” adlı monoqrafiya çap edilib

AMEA Memarlıq və İncəsənət İnstitutunun Elmi şurasının qərarı ilə, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimlinin müəllifi olduğu “Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” adlı monoqrafiyası nəşr edilib.

Monoqrafiya 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi  tarixinə və iştirakçılarının xatirəsinə ithaf olunur. Monoqrafiya AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə çap edilmişdir.

Mo­noq­ra­fi­ya türk xalq­la­rı­nın ta­ri­xi-mə­də­ni in­ki­şa­fın­da mil­li ide­ya­nın for­ma­laş­ma mər­hə­lə­lə­ri­ni və onun et­no­men­tal də­yər­lər­lə qar­şı­lıq­lı əla­qə­si­ni komp­leks şə­kil­də araş­dı­rır. Əsər­də türk dünyagörüşünün ge­ne­zi­si, mi­fo­lo­ji tə­fəkkür qat­la­rı, dövlət­çi­lik ənə­nə­lə­ri və mə­nə­vi-əx­la­qi prin­sip­lər va­hid kon­sep­tu­al sis­tem da­xi­lin­də təh­lil olu­nur. Müəl­lif mil­li ide­ya­nın yal­nız si­ya­si kon­sep­si­ya de­yil, həm də kol­lek­tiv yad­daş, dil, adət-ənə­nə və mə­də­ni va­ris­lik me­xa­nizm­lə­ri ilə şərt­lə­nən mə­nə­vi fe­no­men ol­du­ğu­nu əsas­lan­dı­rır.

Mo­noq­ra­fi­ya­da et­no­men­tal də­yər­lə­rin for­ma­laş­ma­sın­da ta­ri­xi şə­ra­it, coğ­ra­fi mühit və si­vi­li­za­si­ya­la­ra­ra­sı əla­qə­lə­rin ro­lu xüsu­si vur­ğu­la­nır. Türk mə­də­niy­yə­tin­də vəh­dət, əda­lət, qəh­rə­man­lıq və so­si­al həm­rəy­lik ki­mi də­yər­lər mil­li iden­tik­li­yin apa­rı­cı kom­po­nent­lə­ri ki­mi təq­dim edi­lir. Əsər həm­çi­nin müa­sir dövrdə türk xalq­la­rı ara­sın­da­kı in­teq­ra­si­ya me­yil­lə­ri­ni, qlo­bal­laş­ma­nın mil­li kim­li­yə tə­sir­lə­ri­ni və or­taq türk kim­li­yi­nin möhkəm­lən­mə­si üçün nə­zə­ri-prak­tik tövsi­yə­lə­ri də diq­qə­tə çat­dı­rır. Türk xalq­la­rı­nın ti­po­lo­gi­ya­sı, bə­dii düşüncə və mil­li kim­lik, türk dünya­sı­nın bir­lik stra­te­gi­ya­sı prob­lem­lə­ri, və­zi­fə­lər və on­la­rın həl­li yol­la­rı təh­lil edi­lir.

Mo­noq­ra­fi­ya ümumtürk mə­də­niy­yə­ti­ni təd­qiq edən, elə­cə də Azər­bay­can türklə­ri­nin ümumtürk ta­ri­xi və mə­də­niy­yə­tin­də ye­ri­ni araş­dı­ran təd­qi­qat­çı­lar və ge­niş oxu­cu kütlə­si­nin fay­da­lan­ma­sı üçün nə­zər­də tu­tul­muş­dur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: