AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov Türkiyənin “TRT AVAZ” televiziya kanalına 28 May - Müstəqillik Günü ilə bağlı müsahibə verib.
O, Azərbaycanın keçdiyi müstəqillik yolu haqqında məlumat verərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın milli azadlıq və müstəqillik ideallarının təntənəsi, dövlətçilik ənənələrimizin bərpası və inkişafı baxımından mühüm tarixi hadisə olub. Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşən AXC qısa müddətdə xalqımızın milli kimliyinin formalaşdırılması, demokratik dəyərlərin təşəkkülü və müasir dövlətçilik prinsiplərinin yaradılması istiqamətində mühüm addımlar atıb.
Sujeti buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.